Modern.az

“Kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ Qarabağ münaqişəsinin həllinə diqqəti artırmalıdır” - AÇIQLAMA

“Kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ Qarabağ münaqişəsinin həllinə diqqəti artırmalıdır” - AÇIQLAMA

Təhsil

6 Noyabr 2012, 11:36


“İnternet artıq Azərbaycanın ictimai-siyasi həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Son illər Azərbaycan internetin inkişafı sahəsində bölgənin qabaqcıl ölkələrindən birinə çevrilib”.
Modern. az xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda deyib. Əli Həsənov bildirib ki, hazırda əhalinin 60 faizindən çoxu bilavasitə internet istifadəçisidir.

“Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Bakıda keçirilməsi çox mühüm hadisədir. Azad internetin mövcudluğu, internet istifadəçilərinin sayının gündən-günə sürətlə artması, dövlətin internet sahəsindəki şəffaf siyasəti və internetin inkişafına maraq göstərməsi, son illər Azərbaycanda bu sahəyə ayrılan dövlət qayğısı bu Forumun Azərbaycanda keçirilməsini şərtləndirib”.
PA-nın  rəsmisi hazırda Azərbaycan öz peykinin buraxılması istiqamətində fəaliyyətini davam etdirdiyini deyib: ”Yəqin ki, yaxın zamanlarda - biz peykimizi buraxandan sonra internet provayderlərinin sayı da getdikcə artacaq. Ona görə də bu Forum bir tərəfdən Azərbaycanda internetin inkişafına əlavə dəstək verəcək, digər tərəfdən internet fəaliyyətinin genişləndirilməsinin göstərici kimi dünyada Azərbaycanın bu sahədəki uğurlarının təbliğində müəyyən rol oynayacaq . 1500-ə qədər nümayəndənin, dünyanın əksər internet idarəçilərinin, internet sahəsində mühüm rol oynayan strukturlarının Foruma qatılması onu göstərir ki, sözün həqiqi mənasında Azərbaycan internetin inkişafında mühüm nailiyyətlər əldə edib”.

Əli Həsənov Ermənistan tərəfinin yaxın vaxtlarda istifadə vermək istədikrləri  Xocalı aeroportu barədə məsələyə də münasibət bildirib. O deyib ki, Azərbaycan lazım olacaqsa, Ermənistana qarşı daha radikal tədbirlər görəcək.

PA rəsmisinin sözlərinə görə, Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan keçmiş Xocalı aeroportunun bərpa edilməsi və separatçı rejimin Azərbaycanın suveren ərazisində uçuşlar həyata keçirməsi, təyyarələr qəbul etməsi, göndərməsi qeyri-qanunidir. Bu, həm beynəlxalq hüquqa, həm də ölkələrarası münasibətlərin bütün aspektlərinə ziddir.
“Ona görə də Azərbaycan lazımi tədbirləri görür. Düşünürük ki, bunun qarşısını ala biləcəyik”.

PA-nın rəsmisi bu gün ABŞ-da keçirilən prezident seçkiləruinədə münasibət bildirib. Qeyd edib ki, ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, ikitərəfli əməkdaşlıq davam edəcək.
“Düşünürəm ki, kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında əlaqələr və əməkdaşlıq davam edəcək. Hər iki namizədə həyata keçirdikləri seçki kampaniyasının bəhrəsini görməyi arzu edirik. Amma iksindən biri seçilməlidir. Biz kimə nə arzu etməyimizdən asılı olmayaraq, Amerika xalqı öz taleyini həll edəcək, iki şəxsdən biri seçiləcək”.

Ə.Həsənov onu da bildirib ki, Azərbaycanla ABŞ bir çox sahələrdə strateji tərəfdaşlığa malikdir, əməkdaşlq edir.
“Xüsusən beynəlxalq sülhyaratma proseslərində biz ABŞ-la dünyanın müxtəlif qaynar nöqtələrində iştirak edirik, o cümlədən beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırıq. Enerji sahəsində transmilli layihələrin həyata keçirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan ABŞ-la ciddi əməkdaşlığa malikdir. Demokratiya, demokratik inkişaf, söz, mətbuat, məlumat azadlığı, vətəndaş cəmiyyəti quruculuğu və daxili siyasətin digər məsələləri üzrə biz ABŞ-la əməkdaşlıq edirik”.

Şöbə müdiri  Azərbaycan Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-da gedən proseslərlə maraqlandığını deyib:
“Biz istəyirik ki, kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti artırsın, mövcud status-kvonun aradan qaldırılmasında ciddi iradə nümayiş etdirsin və Ermənistanı qarşılıqlı güzəştlər nəticəsində sülh prosesinə məcbur etsin. Çünki bunsuz mümkün deyil. Azərbaycan hesab edir ki, mütləq şəkildə Minsk qrupunun həmsədrləri ciddi iradə nümayiş etdirməlidirlər və bu iradə ilə də Ermənistanı konstruktiv əməkdaşlığa, konsturiktiv sülhə məcbur etməlidirlər. Ona görə də biz gözləyirik. Sabah ABŞ-da prezident seçkilərinin nəticələri bilinəcək. Ondan sonra yeni seçilmiş prezidentə Azərbaycan hökuməti və dövləti olaraq gözləntilərimizi çatdıracağıq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi