Ukrayna polisi Xerson vilayətinin Velikiye Kopani şəhərində yerləşən topdansatış bazarına basqın edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
"Miqrant" əməliyyatı çərçivəsində miqrasiya polisi Ukraynada yaşayan 9 qanunsuz miqrantı həbs edib. Onların hamısı Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslərin deportasiya məsələsi hazırda həll olunur.