Modern.az

Quterreşdən mesaj: “Taliban”la dialoq zəruridir

Quterreşdən mesaj: “Taliban”la dialoq zəruridir

Dünya

10 Sentyabr 2021, 21:58

“Hazırda “Taliban”la dialoq tamamilə zəruridir”.

 

Modern.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoni Quterreş deyib.

 

O, BMT-nin "Taliban"la daim əlaqə saxladığını bildirib.

 

Baş katib onu da qeyd edib ki, BMT Katibliyinin səlahiyyətinə bu və ya digər ölkənin hökumətinin tanınması daxil deyil, bunu BMT-yə üzv dövlətlər edir.

 

BMT baş katibi ümid edir ki, mandatı sentyabrın 17-də başa çatacaq təşkilatın Əfqanıstandakı missiyasını tezliklə uzatmaq mümkün olacaq.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular