Sümük-əzələ sistemi, sinir-damar və dəri xəstəliklərindən müalicə olunmaq istəyən əlillərin çoxsaylı müraciətlərini nəzərə alaraq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun müvafiq əmri ilə həmin əlillərin qrup halında Naftalan müalicə və sağlamlıq mərkəzində bərpa müalicəsi təşkil edilir. Bu günlərdə bərpa müalicəsinə tibbi göstəriş olan daha 45 nəfər əlil həmin mərkəzə 144 günlük bərpa müalicəsinə göndərilib.
Modern.az xəbər verir ki, Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətindən bildiriblər ki, bundan öncə, ötən ay 45 nəfər əlilin Naftalan müalicə və sağlamlıq mərkəzində iki həftəlik bərpa müalicəsi təşkil edilib. Mərkəzdə əlillərin həm müalicə olunmaları, həm də istirahət etmələri üçün hər cür şərait yaradılıb. Bununla yanaşı, əlillərin asudə vaxtının təşkili məqsədi ilə bu günlərdə daha 40 nəfər əlil İsmayıllı rayonunda yerləşən istirahət zonasına yola salınıb. Cari ilin əvvəlindən indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 991 nəfər əlilliyi olan şəxsin ölkənin müxtəlif bölgələrindəki istirahət zonalarında istirahəti təşkil olunub.