Modern.az

Sabah hava yağmurlu olacaq

Sabah hava yağmurlu olacaq

Təhsil

6 Noyabr 2012, 11:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi