Modern.az

Deputat Zabrat-Maştağa yolundakı problemdən danışdı

Deputat Zabrat-Maştağa yolundakı problemdən danışdı

Təhsil

6 Noyabr 2012, 11:57

Bəzi mətbuat orqanlarında Zabrat sakinlərinin yeni çəkilən yolla bağlı şikayət etdiyi deyilir. Məsələ ilə bağlı 28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyev Modern.az-a açıqlamasında bildirib ki, orada təmir hələ bitməyib və davam etdirilir.

“Bu yol tikintisi orada körpünün üstündən keçir. Maştağa-Zabrat körpüsündə təmir davam etdirilir. Keçən dəfə cənab prezidentlə də görüşdə nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, ilin sonuna qədər bu yolların təmiri başa çatdırılacaq. Bundan başqa bu məsələ ilə bağlı cənab prezident tərəfindən əlavə də pul ayrılıb. Özünüz də getsəniz görərsiniz ki, həm Maştağada, həm də Zabrat yolunda körpünün üstünə düşən yolda çox böyük təmir işləri gedir. Orada qrunt suları hər zaman yolu basırdı. İnsanlar və maşınlar keçə bilmirdi. İndi həmin yol örtüyü dəyişdirilir”.

Milli Məclisin üzvü hər həftənin bazar günləri seçicilərilə görüşə getdiyini deyib.

“Göz qabağındadır ki, orada işlər görülür. Bu iş hökümətin nəzarətindədir. Gündəlik və aylıq olaraq cənab prezidentə məlumat verilir. Olar bilər ki, hava şəraiti baxımından işlər zəif gedə bilər, amma demək olmaz ki, orada işlər aparılmır”.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU