Modern.az

Döyüş yolu dillər əzbərinə çevrilən Cəbrayıl Dövlətzadə

Döyüş yolu dillər əzbərinə çevrilən Cəbrayıl Dövlətzadə

Aktual

11 Sentyabr 2021, 14:32

Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Cəbrayıl Dövlətzadənin doğum günüdür. 

 

Modern.az xəbər verir ki, Cəbrayıl Dövlət oğlu Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub.

 

Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

 

Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. İkinci Şəhidlər xiyabanında dəfn olunub. Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığa görə, C.Dövlətzadənin döyüş yolu dillər əzbərinə çevrilib.

 

O Sumqayıtda cüdo məktəbinin yetirməsi olub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə dövlət başçısının sərəncamı ilə Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

Şəhidimiz, həmçinin "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər