Çeçenistanda Rusiya ordusu ilə döyüşlərdə həlak olmuş mücahidlərin müsəlman adət-ənənəsi ilə dəfn edilməməsi barədə qərar qəbul edilib.
Modern.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sözügedən muxtar respublikada Müsəlmanların Ruhani İdarəsinin (MRİ) sədri Sultan Mirzəyev terrorçu adlandırılan şəxslərə qarşı bu sayaq yanaşmanı dəstəkləyib.
“Biz həqiqətən yaraqlıların İslam şəriətinə uyğun dəfnini qadağan etmişik. Bu adamlar xirtdəyədək qadın, uşaq və qocaların qanına bulaşıb. Onlar it kimi gəbəriblər və adi qaydada dəfnə layiq deyillər”, – deyə S. Mirzəyev bildirib.