Modern.az

Parlamentdəki büdcə müzakirəsində narazılıq

Parlamentdəki büdcə müzakirəsində narazılıq

Təhsil

6 Noyabr 2012, 12:43

Vahid Əhmədovun dövlət büdcəsi ilə bağlı iradı: “Vəsaitin xərclənməsinə nəzarət zəifdir”

Milli Məclisdə büdcə məsələləri ilə bağlı keçirilən müzakirələrdə millət vəkili Vahid Əhmədov çıxış edib. Deputat çıxışında bir sıra məsələlərlə bağlı fikir bildirərək, ümumilikdə 2013-cü il dövlət büdcəsini dəstəkləyib.

V.Əhmədovun fikrincə, dövlət büdcəsində həlli vacib olan mühüm məsələlər var.  Deputat gələn ilin Neft Fondundan büdcəyə transfertlərlə bağlı məsələyə toxunaraq bildirib ki, onlar bölüşdürülərkən qeyri-neft sektorundakı gəlirlərlə əvəzləmək mütləq lazımdır.

“İnvestisiya laiyhələri üzrə bölüşdürülməsi üçün dövlət büdcəsində 9 milyard manat vəsait nəzərdə tutulub. Bu, çox böyük problemdir və demək olar ki, büdcənin yarısı qədərdir. Həmçinin buna nəzarət edilməsi də ciddi problemdir. Bu pulun xərclənməsinə nəzarət sistemi varmı? Hesab edirəm ki, “Maliyyə nəzarəti haqqında” Qanuna yenidən baxılmalıdır. Bu qədər məbləğ necə bölüşdürülür? Mən belə düşünürəm ki, bizdə belə  bir nəzarət sistemi yoxdur və bunu yaratmaq lazımdır”, – deyə deputat vurğulayıb.

Milli Məclis üzvü kənd təsərrüfatı ilə bağlı məsələyə toxunaraq, büdcədə nəzərdə tutulan vəsaitin azlığından şikayət edib. Onun sözlərinə görə, kənd təsərrüfatına ayrılan investisiya xərcləri çox azdır.

“Bu il bu sahəyə cəmi 27 milyon manat vəsait ayrılıb. Dövlət başçısı ərzaq təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyub. Bəs, biz özümüzü ərzaqla necə təmin edəcəyik? Xüsusən də taxıl istehsalına diqqət vacibdir”.

V.Əhmədov parlamentdə təmsil etdiyi Quba rayonundakı problemlərdən danışıb. O bildirib ki, Qubada istehsal olunan almanı sahibkarlar normal qaydada sata bilmirlər. Onlar bir çox problemlərlə üzləşirlər. V. Əhmədov təklif edib ki, kənd təsərrüfatı məhsullarının satılması üçü pilot layihələr həyata keçirilsin. İcra hakimiyyətlərinə məhsul satışını təşkil etmək səlahiyyəti verilsin.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi