Modern.az

MAQATE rəhbəri İrana danışıqlara gedir

MAQATE rəhbəri İrana danışıqlara gedir

11 Sentyabr 2021, 19:45

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi İrana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İran Atom Enerji Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi məlumat verib.

 

 Səfərin bu gün axşam başlayacağı qeyd olunur.

 

Məlumata görə, sentyabrın 12-də Qrossi İran Atom Enerji Təşkilatının rəhbəri Məhəmməd İslami ilə görüşəcək.

 

Görüşdə İran və təşkilat arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu