Modern.az

Yunanlar məcburi vaksinasiyaya etiraz etdi – Toqquşma yaşandı

Yunanlar məcburi vaksinasiyaya etiraz etdi – Toqquşma yaşandı

Dünya

11 Sentyabr 2021, 23:12

Bu gün Yunanıstanda yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndləmənin məcburi olmasına qarşı etiraz aksiyaları keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

Aksiyalar zamanı polislərlə nümayişçilər arasında toqquşma yaşanıb.

 

Yunanıstan polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. Aksiyalarda 15 mindən çox insanın iştirak etdiyi bildirilir.

 

Qeyd edək ki, ölkədə etirazlar hökumətin məcburi vaksinasiya elan etməsindən sonra iyul ayında başlayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu