Modern.az

Əhməd Məsud Əfqanıstanı tərk edib?

Əhməd Məsud Əfqanıstanı tərk edib?

11 Sentyabr 2021, 23:33

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatına təslim olmayan Pəncşir müqavimət cəbhəsinin lideri Əhməd Məsud ölkəni tərk etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın "FarsNews" agentliyinə Əhməd Məsuda yaxın olan şəxslər məlumat verib.

 

Bildirilib ki, Əhməd Məsud təhlükəsiz bir yerdədir:

 

“Məsudun Əfqanıstanı tərk etməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil. O, hazırda Pəncşirlə əlaqə saxlayır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu