Modern.az

Emin Əmrullayev: “Tədris ilinə tam hazırıq”

Emin Əmrullayev: “Tədris ilinə tam hazırıq”

Təhsil

12 Sentyabr 2021, 22:39

Yeni tədris ilinə tam hazırıq.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

 

Nazir bildirib ki, yeni tədris ilinin şərtləndirən əsas amillərdən biri tədris işçilərinin vaksinasiya məsələsi idi: "Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar.

 

Şagirdlərə məktəbdə dərs demək müəllimlərin işidir. Peyvənd olunmayıb prosesi ləngitmək doğru deyil. Odur ki, əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi