Modern.az

İlqar Məmmədov ünvanını bildirdi: “Yasamalda qeydiyyatdayam”

İlqar Məmmədov ünvanını bildirdi: “Yasamalda qeydiyyatdayam”

6 Noyabr 2012, 16:52

Bu gün Milli Məclisin 20 üzvü “REAL” Hərəkatının sədri İlqar Məmmədovu məhkəməyə verib. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, İlqar Məmmədov Binəqədi rayonunda qeydiyyatdadır və işə Binəqədi rayon Məhkəməsində baxılacaq. 

Modern.az-a açıqlamasında İlqar Məmmədov deyib ki, deputatlar onun qeydiyyat ünvanını səhv bilirlər. “Mən Binəqədidə qeydiyyatda deyiləm, Yasamaldayam”. 
Qeyd edək ki, deputatların İ.Məmmədovu məhkəməyə verməsinə səbəb REAL Hərəkatının sədrinin Milli Məclisi "zoopark" adlandırmasıdır.   

Sevinc
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi