Modern.az

Latviya parlamentinin sədri azərbaycanlı deputatları qəbul edib

Latviya parlamentinin sədri azərbaycanlı deputatları qəbul edib

Təhsil

6 Noyabr 2012, 16:58

Milli Məclisin deputatları Rövşən Rzayev, Aydın Abbasov, Fuad Muradov və Sədaqət Vəliyeva noyabrın 4-dən Latviyanın paytaxtı Riqa şəhərindədir.

Səfər Latviya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Yanis Reirsin dəvəti əsasında həyata keçirilir.
Modern.az saytı xəbər verir ki, deputatlarımız bu gün Latviya parlamentinin sədri tərəfindən qəbul ediliblər. Görüşdə millət vəkilləri hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, Dağlıq Qarabağ münaqişəsi və digər aktual məsələlər barədə fikir mübadiləsi aparıblar. 
Səfər müddətində deputatlarımız Latviya parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq, ölkəmizlə parlamentlərarası əlaqələr üzrə qrupun, Parlament İslahat Partiyasının, Büdcə və maliyyə (vergi) komitəsinin, Konkord mərkəzi parlament qrupunun, Latviya Seymi Xarici işlər komitəsinin, Parlament Yaşıllar və Fermerlər İttifaqının, Parlament Birlik qrupunun üzvləri ilə bir sıra görüşlər keçirəcəklər. Səfər noyabrın 7-də başa çatacaq.

Modern.az
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi