Modern.az

ABŞ səfiri: “Bundan sonra da münasibətlərimiz dəyişməz qalacaq”

ABŞ səfiri: “Bundan sonra da münasibətlərimiz dəyişməz qalacaq”

Təhsil

7 Noyabr 2012, 09:31

“ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, ABŞ-Azərbaycan münasibətləri dəyişməz qalacaq” Modern.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinin nəticələrini jurnalistlərə şərh edərkən deyib.

"Düşünürəm ki, Barak Obamanın növbəti dörd il müddətinə prezidentliyi dövründə ABŞ-ın xarici siyasətində hər hansı bir mühüm dəyişiklik olmayacaq", - deyə qeyd edən səfir bildirib ki, Azərbaycan ABŞ üçün mühüm bir ölkə olaraq qalacaq.

"Biz Azərbaycanla indiyə qədər olan əməkdaşlığımızı davam etdirəcəyik".

Moern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama