Rusiya Prezidenti Vladimir Putin ətrafında çoxlarının koronavirusa yoluxduğunu, bu səbəbdən özünün də karantinə gedə biləcəyini söyləyib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Putin paralimpiyaçılarla görüşündə bildirib.
“Təəssüf ki, bizdə, hətta mənim çevrəmdə COVİD-lə bağlı problemlər meydana çıxır”, - deyə Putin vurğulayıb.
Reallıqda nə baş verdiyini araşdırmaq lazım gəldiyini qeyd edən Rusiya lideri “Mənim özümə də tezliklə karantin lazım gələcək, həddən çox insanlar xəstələnir” - deyə bildirib.