Modern.az

Keçmiş ədliyyə naziri “mitinq cərimə”sini sərt tənqid etdi: “Bunu etmək olmaz”

Keçmiş ədliyyə naziri “mitinq cərimə”sini sərt tənqid etdi: “Bunu etmək olmaz”

7 Noyabr 2012, 09:49

İlyas İsmayılov: “Cəza  dövlətin gəlir mənbəyi olmamalıdır”

“Hesab edirəm ki, o miqdarda cərimə təyin etmək olmaz. Bu, qətiyyən düzgün deyil”.  Bu sözləri Modern.az-a açıqlamasında  sərbəst toplaşmaq azadlığı ilə bağlı tətbiq olunan cərimələrin artırılması məsələsini şərh edərkən eks-ədliyyə naziri, millət vəkili İlyas İsmayılov deyib:

“Qadağalar metodu düz deyil

Millət vəkilinin sözlərinə görə, hüquqi dövlət qurmaq istəyiriksə, məcburetmələrdən qaçmalıyıq. “Hüquqi  dövlətdə də insanlara məcburetmə, qadağa metodları yox,  əsasən inandırma, həvəsləndirmə və icazə metodu tətbiq edərlər. Cəriməni də o qədər artırmaq, cəzanın məqsədinə uyğun deyil” .

“Tutalım ki,  2000 adam mitinqə çıxdı...”

Millət vəkilinin sözlərinə görə, cəza  insanları tərbiyə etmək  üçündür. Bu, dövlətin gəlir mənbəyi olmamalıdır. “Praktiki baxımdan da bu mümkün olan bir məsələ deyil. Tutalım ki,  2000 adam mitinqə çıxdı. Onları bu qədər məbləğdə necə cərimələmək olar? Bu, insanların Konstitusiya  hüququdur. İnsanlar  bu hüquqlardan istifadə etməlidirlər. Ancaq müəyyən məsələləri qadağan  etmək olar, cərimə sanksiyası isə düzgün deyil “-deyə deputat bildirib.

X.SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi