Modern.az

Şəhid ailələrinə edilən güzəştlər müzakirə olunacaq

Şəhid ailələrinə edilən güzəştlər müzakirə olunacaq

Aktual

13 Sentyabr 2021, 17:30

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, sentyabrın 17-də keçiriləcək iclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

 

1.Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyası ərzində gördüyü işlər barədə hesabatı. 

 

2.Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

 

3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 

 

4. Cari məsələ.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər