Nigeriyanın şimalında yerləşən Koqi ştatındakı həbsxanaya silahlı hücum olub. Hücum nəticəsində azı 240 məhbus qaçıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər gecə yarısı həbsxanaya hücum ediblər. Onlar mühafizəçilərə atəş açmağa başlayıblar.
Hücum zamanı həbsxanada 264 məhbus olub.
Hazırda qaçan məhbusların tutulması üzrə əməliyyat aparılır.