Modern.az

Qafqaz Universitetinin müəllimi ABŞ Dövlət Departamentinin müsabiqəsində 1-ci oldu

Qafqaz Universitetinin müəllimi ABŞ Dövlət Departamentinin müsabiqəsində 1-ci oldu

7 Noyabr 2012, 09:58

Qafqaz Universitetinin müəllimi respublika birincisi olub. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ABŞ Dövlət Departamentinin Azərbaycan ali məktəblərinin gənc fakültə əməkdaşları üçün həyata keçirdiyi Fakültə İnkişaf Proqramı müsabiqəsinin qalibi Qafqaz Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Heydər Eminli olub.

Bir müddət öncə ABŞ Dövlət Departamenti, Təhsil və Mədəniyyət İşləri Bürosunun beynəlxalq təhsil-mübadilə proqramları çərçivəsində gənc tədqiqatçılar üçün fakültə inkişaf proqramı üzrə müsabiqə başa çatıb. “Fakültə İnkişaf Proqramı” çərçivəsində keçirilən müsabiqə üç mərhələdən ibarət olub. Müsabiqədə Azərbaycan ali təhsil müəssisələrinin humanitar və sosial elm sahələri üzrə elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan gənc fakültə əməkdaşları iştirak ediblər.

Yekun nəticələrinə görə Qafqaz Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Heydər Eminli respublika birincisi olub. Heydər Eminli  qrant mübadilə proqramı üzrə ABŞ universitetlərində 2012-2013-cü tədris ili ərzində təlim keçəcək, habelə ixtisaslaşdığı sahə üzrə araşdırma aparacaq.

Qeyd  edək  ki, Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin ali təhsil ocaqlarından seçilən ölkə birinciləri qrant proqramı əsasında ixtisaslaşdıqları sahələr üzrə ABŞ universitetlərində təhsil almaqla yanaşı tədris prosesi və metodologiyasına dair biliklərini təkmilləşdirməkləri nəzərdə tutulur. Proqramın qalibləri eyni zamanda universitetlərarası əlaqələr yaratmaq və inkişaf etdirmək imkanları qazanacaqlar.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi