Modern.az

Rusiyada daha bir təyyarə qəzası: Ölən var

Rusiyada daha bir təyyarə qəzası: Ölən var

Dünya

13 Sentyabr 2021, 20:33

Rusiyanın Belqorod vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi mənbələrə istinadən məlumat yayıb.

 

Havaya qalxarkən qəzaya uğrayan təyyarədə bir pilot olub. Hadisə zamanı pilotun öldüyü bildirilir.

 

Rusiya Fövqəladə Hallar Nazirliyi məlumatı təsdiqləyib. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə dəstəsi göndərilib.

 

Xatırladaq ki, dünən Rusiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olmuşdu.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu