Xorvatiya 2022-ci ildə Şengen zonasına, 2023-cü ildə isə avrozonaya daxil olmağı gözləyir.
Modern.az xəbər verir ki, bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç məlumat verib.
“Ümid edirik ki, 1 yanvar 2023 -cü ilədək avrozonaya qoşulmağa hazır olacağıq”, - deyə o qeyd edib.
Xorvatiya Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, avrozonaya daxil olan dövlətlərin təcrübəsi göstərir ki, bu həm vətəndaşlara, həm də iqtisadiyyata xeyir verib.
Akif İsmayılov