ABŞ heç bir şərt olmadan Şimali Koreya (KXDR) rəsmiləri ilə birbaşa diplomatik qarşılıqlı əlaqə qurmağa hazırdır.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Karin Jen-Pyer jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, ABŞ-ın Şimali Koreya ilə bağlı mövqeyi dəyişməyib.
ABŞ rəsmisi Vaşinqtonun “Koreya yarımadasının nüvəsizləşdirilməsi” üçün səy göstərdiyini qeyd edib.
“Hələ də hər yerdə, istənilən vaxt və heç bir şərt olmadan görüşməyi təklif edirik. Bu dəyişməyib”, - deyə Jen-Pyer vurğulayıb.
Asif İsmayılov