Sentyabrın 24-də Vaşinqtonda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) zirvə toplantısı keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb .
ABŞ Prezidenti Co Bayden Avstraliya, Hindistan və Yaponiya liderlərini Ağ Evdə qəbul edəcək.
Agentlik qeyd edir ki, bu, dördlüyün ilk üz-üzə görüşü olacaq. Liderlər əlaqələrin dərinləşdirilməsi və yeni növ koronavirusun yayılması ilə mübarizə, iqlim dəyişikliyinə qarşı mübarizə, yeni texnologiyalar sahəsində və kiber məkanda əməkdaşlığı inkişaf etdirmək kimi məsələləri müzakirə edəcəklər.
Dördtərəfli Təhlükəsizlik Dialoqu 2007-ci ildə fəaliyyətə başlayıb. Ekspertlər Asiya-Sakit okean və Hind Okeanı bölgələrini əhatə edən bu ittifaqın Çinə qarşı yönəldiyini bildirir.
Akif İsmayılov