Modern.az

Norveçdə parlament seçkiləri: Mərkəz-sol öndədir

Norveçdə parlament seçkiləri: Mərkəz-sol öndədir

13 Sentyabr 2021, 23:53

Norveçdə bu gün parlament seçkiləri keçirilib.

 

Modern.az xəbər verir ki, seçkilərin nəticələrinə əsasən 169 mandatdan ibarət parlamentin deputatları müəyyənləşəcək.

 

Proporsional sistem əsasında keçirilən seçkilərdə 25-dən artıq siyasi partiya iştirak edib. Seçkilərin favorit siyasi qüvvələri hazırda hakimiyyətdə olan Baş nazir Erna Solberqin rəhbərlik etdiyi Mühafizəkarlar və müxalif İşçi partiyalarıdır.

 

“Reuters” agentliyi yerli mənbələrə istinadən yazır ki, ilkin nəticələrə əsasən ölkənin mərkəz-sol yönümlü İşçi partiyası öndə gedir.

 

Agentlik bildirir ki, qeyd olunan partiya ya azlıqda, ya da bir neçə digər sol-mərkəz partiyası ilə birlikdə hökumət quracaq və bununla da mühafizəkarların səkkiz illik hakimiyyətinə son qoyacaq.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal