Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Modern.az xəbər verir ki, iclasda 3 məsələyə baxılacaq. Bunlar aşağıdakılardır:
1.Mədəniyyət komitəsində 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat.
2.Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi.
3.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra Haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).