Modern.az

Təhsildən icra başçılığına... - Rəşad Tağıyevin DOSYESİ

Təhsildən icra başçılığına... - Rəşad Tağıyevin DOSYESİ

14 Sentyabr 2021, 13:54

Bu gün Şəmkirə yeni icra başçısı təyin olundu. Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində gətirildi.

 

Modern.az-ın məlumatına görə, R.Tağıyev bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə çalışırdı. O, bu posta 2020-ci il dekabrın 14-də təyin olunmuşdu.

 

Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

 

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

 

2007-2013-cü illərdə "Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

 

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2020-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdiri vəzifələrində çalışıb.

 

Ailəlidir, iki övladı var.

 

Xatırladaq ki, bundan əvvəl Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov idi. Şəmkirin sabiq icra başçısı A.Məmmədov bu ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR