Modern.az

Sabah XTQ ilə bağlı memorandum müzakirə olunacaq

Sabah XTQ ilə bağlı memorandum müzakirə olunacaq

Aktual

14 Sentyabr 2021, 15:22

Sabah Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

 

1.Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı.

 

2.Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı.

 

3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər