Elvin Malik oğlu Axundov Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.
Ali Məclis Sədrinin digər fərmanı ilə Elçin Səfa oğlu Əliyev Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin olunub.
Qeyd edək ki, Elçin Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.