2021-ci il ərzində 18 hərbi təlimin keçirilməsi planlaşdırılıb. Bunlardan 11-i artıq icra edilib.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu təlimlər gələcək də olacaq və qarşılıqlı uzlaşma səviyyəsinin artırılmasına xidmət edəcək.