Bu gün səhər Suriyaya uçan Ermənistana məxsus yük təyyarəsi Türkiyənin Ərzurum hava limanında məcburən yerə endirlib. Modern.az “Sabah” qəzetinə istinadən bildirir ki, Ermənistan Hava Yollarına məxsus olan "Antonov AN 12" tipli təyyarədə silah-sursatın olması ehtimalı edilir. Təyyarənin pilot heyəti Suriyaya humanitar yük daşıdıqlarını bildirsə də, Türkiyənin hüquq-mühafizə orqanları axtarış aparılması üçün xüsusi təyinatlı dəstə ayırıb.
Modern.az