AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın cənubunda, Lənkəran şəhərində zəlzələ olub. İlkin məlumatlara əsasən, yeraltı təkan yerli vaxtla 06:02:34-də Lənkərandan 16 km şimal-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ maqnituda 3.0 bal gücündə hiss olunub. İtki və təlafat qeydə alınmayıb.
Modern.az