Modern.az

Saakaşvilinin partiyası parlamenti boykot etdi

Saakaşvilinin partiyası parlamenti boykot etdi

8 Noyabr 2012, 11:01

Gürcüstanda müxalifətdə olan Milli Hərəkat Partiyasının parlament azlığı öz işini dayandırdığını bəyan edib. Modern.az bildirir ki, bu barədə müxalifət qrupunun rəhbəri David Bakradze məlumat verib.

O bildirib ki, ölkədə aparılan həbslər, İctimai Televiziyaya vergi polisinin müdaxilələri, bələdiyyələrə təzyiqlər belə deməyə əsas verir ki, yeni hakimiyyət əməkdaşlığa hazır deyil.

“Belə şərtlər daxilində biz parlamentdə fəaliyyətimizi dayandırdığımızı bəyan edirik”. 

Oktyabr seçkilərində prezident M. Saakaşvilinin rəhbərlik etdiyi “Milli Hərəkat” Partiyası parlamentdə 65 deputat yeri qazanıb.
Ölkədə yeni hökumət quran baş nazir Bidzina İvanişvilinin lideri olduğu “Gürcü arzusu” koalisiyası və parlamentdə səs çoxluğu qazanıb. Yeni hökumət son günlər Saakaşvili dönəmində  yüksək postlarda çalışmış şəxslərin həbsinə başlayıb.   

X.SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi