Modern.az

Obamanın Türkiyə səfərinin pərdəarxası – ŞƏRH

Obamanın Türkiyə səfərinin pərdəarxası – ŞƏRH

8 Noyabr 2012, 11:35

“ABŞ Türkiyədən islam dünyasına mesaj göndərəcək”

ABŞ-da keçirilən seçkilərdə respublikaçı Mitt Romniyə qalib gələrək yenidən prezident seçilən Barak Obama ilk rəsmi səfərini Türkiyəyə edəcək. Prezidentlik fəaliyyətinin ikinci dönəmində Obamanın ilk səfərinin məhz Türkiyəyə etməsi maraq doğurur. Nə üçün Obama ABŞ prezidenti kimi ilk səfərini Türkiyəyə edəcək? Gözlənilməz səfərin əsas məqsədi nədən ibarətdir?

Politoloq Elxan Şahinoğlu Ağ ev rəhbərinin bu səfərin pərdəarxasında duran məqamları Modern.az-a şərh edib.  Onun fikrincə, Barak Obamanın ilk səfərinin Türkiyəyə etməsi islam dünyasına bir mesajdır. ABŞ ev rəhbərinin Türkiyəyə səfərini müsbət qiymətləndirən E.Şahinoğlu bildirib ki, Obama müsəlman ölkələrini məhz Türkiyə kimi görmək istəyir.

“Türkiyə İslam aləmində mühüm ölkələrdən biridir. Bu baxımdan ABŞ hər zaman Türkiyə ilə əməkdaşlığa önəm verib. Zaman-zaman iki ölkə arasında münasibətlərdə  bir gərginlikdə hiss olunur. Amerika tərəfi anlayır ki, Avrasiya bölgəsində Türkiyə ilə əməkdaşlıq qurmadan işləmək çətin olacaq. Xatırlayırsınızsa, Obama prezidentlik fəaliyyətinin ilk dönəmində də Türkiyəyə rəsmi səfər etmişdi. Amerika başa düşür ki, islam dünyası ilə əlaqələrdə əsil müttəfiq məhz Türkiyədir. Hesab edirəm ki, Obamanın Türkiyəyə səfərinin arxasında yenə İslam dünyasına bir mesaj dayandır. ABŞ rəhbərinin ilk səfərinin Türkiyəyə təyin edilməsi bir daha onu göstərir ki, Barak Obama Türkiyə ilə əməkdaşlığa çox ciddi önəm verir. Bu səfər dünyaya bir mesajdır. Əsasə, islam aləminə və yaxud da “ərəb baharı” ilə üzləşən ölkələr bir mesajdır ki, müsəlman ölkələrinin Türkiyə kimi modelə yaxın olması istənilir. Məncə, ABŞ islam ölkələrini Türkiyə kimi olmağa çalışır. Bu baxımdan Obama Türkiyəyə səfər etməklə bir çox müsəlman ölkəsinə mesaj göndərəcək”, -deyə E.Şahinoğlu Obamanın Türkiyə səfərini şərh edib.

Qeyd edək ki,  ikinci müddətə yenidən prezident seçilən Barak Obama ilk xarici səfərini Türkiyəyə edəcək. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardone məlumat verib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi