Modern.az

Yol polisi: “Bu mentalitet işimizi lap qəlizləşdirir” - FOTOLAR

Yol polisi: “Bu mentalitet işimizi lap qəlizləşdirir” - FOTOLAR

8 Noyabr 2012, 11:39
Bakı şəhərində piyadaların yol hərəkəti qaydalarını pozması və qəza vəziyyəti yaratması son vaxtlar geniş hal alıb. Bununla bağlı Baş Dövlət  Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) neçə vaxtdır şəhərin qaynar nöqtələrində (Azərbaycan prospekti, 20 yanvar dairəsi, Kukla Teatrının yanı, Aznfet meydanı, “Sahil” metrostansiyasının ətrafı və s.) reydlər keçirir.

Ümumilikdə 115 yol polisinin cəlb olunduğu reydlərdə vətəndaşlar qanunda nəzərdə tutulduğu kimi 20 manat məbləğində cərimə edilməklə yanaşı, həm də maarifləndirilir.

Modern.az saytının əməkdaşı yol polisinin Azərbaycan prospektində keçirdiyi reydi müşahidə  edib. YPX əməkdaşı müxbirimizə vətəndaşlarla bağlı şikayət edib: “Bir çox məsələlərdə olduğu kimi, burada da mentalitet bizim işimizi lap qəlizləşdirir. Məsələn, xanımlar öz startuslarından sui-istifadə edərək, ya bizim əmrlərimizə tabe olmurlar, ya da müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırırlar”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildikdən sonra (Maddə 153.1-1) piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat miqdarında cərimə nəzərdə tutulub.

Modern.az reyddən fotoları təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Elçin AĞAYEV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI