Modern.az

Milli Məclis 3 gün büdcə müzakirələri aparacaq

Milli Məclis 3 gün büdcə müzakirələri aparacaq

Parlament

8 Noyabr 2012, 12:05


Azərbaycanın 2013-cü il üzrə dövlət büdcəsinə daxil olan sənədlər zərfi Milli Məclisin noyabrın 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Büdcə zərfinə daxil olan qanun layihələri bir müddət öncə deputatlara paylanıb və millət vəkilləri demək olarki, onunla tanışdırlar.
Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, parlament büdcə müzakirələrini üç gün aparacaq. 13, 14, 15 noyabr tarixlərində keçiriləcək müzakirələr zamanı deputatlar büdcə zərfinə daxil olan sənədlərə münasibət bildirəcək. Müvafiq təkliflərlə çıxış edəcəklər. 
Qeyd edək ki, Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsinin ilkin layihəsində gəlirlər 19 154 mln. manat, xərclər 19 810 mln. manat, kəsir isə 656 mln. manat səviyyəsində nəzərdə tutulub.

Modern.az   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım