QHT Əməkdaşlıq Alyansının İdarə Heyətinin ilk iclası keçirilib. Alyansın həmsədri Rufiz Qonaqovun sədrliyi keçirilən iclasada Alyansın İdarə Heyətinin və Katibliyin Reqlamentlərinin qəbulu, Seçki Monitorinq Qrupunun üzvlərinin təsdiqi və təşkilati məsələlərə baxılıb.
İdarə Heyətinin Reqlamenti ilə bağlı Alyansın həmsədri Rəfail Becanov çıxış edib. Katibliyin reqlamentini Alyansın həmsədri Yadigar Məmmədli təqdim edib.
Daha sonra təşkilatı məsələlərə baxılıb. Qurum həmsədrlərinin təklifi ilə Alyansın baş katibi vəzifəsinə İdarə Heyətinin üzvü Xanoğlan Əhmədov təsdiq olunub. Nizamnaməyə və Katibliyin Reqlamentinə əsasən baş katib Alyansın katiblərinin təyin olunması ilə bağlı İdarə Heyətinə təqdimat verib. Baş katibin təqdimatına əsasən, Nailə İsmayılova beynəlxalq əlaqələr üzrə üzrə, Mütəllim Rəhimli insan hüquqları və demokratiya məsələləri üzrə, Mahirə Əmirhüseynova ictimai əlaqələrlə iş üzrə, Əşrəf Əhmədov isə sosial şəbəkələr üzrə katib vəzifəsinə təsdiq ediliblər.
Daha sonra 2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması ilə bağlı QHT Əməkdaşlıq Alyansının Seçki Monitorinq Qrupunun üzvləri təsdiq olunub. Xanoğlan Əhmədov, Nailə İsmayılova, Mütəllim Rəhimli, Əşrəf Əhmədov, Mahirə Əmirhüseynova, İradə Yaqubova, Ruhəngiz Hüseynova, Əsli Əliyeva, Nərgiz Nağıyeva, Dünyaxanım Əliyeva, Gülsel Səfərova, Vasib Sadıqov, Gülnarə Bağırova, Çingiz Dadaşov, Firuzə Əsədullayeva, Səbinə Abbasova, Afaq Fərzəlibəyova, Qurbanəli Yusifov, Rəsmiyyə Vahidova, Rəhilə Mehdiyeva, Məzahir Aşirov, Ruslan Bəşirli, Əhməd Abbasbəyli, Səbinə Kərimova Monitorinq Qrupunun üzvü seçilib. Monitorinq Qrupunun tərkibinə 24 nəfər daxil edilib.
İdarə Heyətinin iclasından sonra Alyansın həmsədrləri Rəfail Becanov, Rufiz Qonaqov və Yadigar Məmmədlinin iştirakı ilə katibliyin iclası keçirilib. İclasda Baş katib Xanoğlan Əhmədov təsdiq olunmuş Reqlamentə uyğun olaraq, katibliyin fəaliyyəti haqqında çıxış edib. Daha sonra Baş katibin təklifi ilə mətbuat katibinin səlahiyyətlərinin müvəqqəti icrası Qurbanəli Yusifova tapşırılıb.
Modern.az