Noyabrın 16-a Milli Kitab Mükafatına (MKM) bədii əsərlərin qəbulu dayandırılacaq. Modern.az xəbər verir ki, bu günə qədər müsabiqədə 17 müəllifin yaradıcı məhsulu qeydiyyatdan keçib. Amma qəbul edilmiş kitabların adları açıqlanmır. “Əli və Nino” kitab mağazasından isə bildiriblər ki, MKM-la bağlı bütün məlumatlar noyabrın 18-də ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, bu il avqustun 28-dən start götürən Milli Kitab Mükafatı Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. MKM-nin Münsiflər Heyətini Azərbaycanın nüfuzlu şəxsiyyətləri təmsil edir. Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru isə Bank Respublika QSC və “Əli və Nino” Nəşriyyat evidir.