Modern.az

YAP-ın 20 illik yubileyi “Buta Palace” sarayında keçiriləcək - TƏDBİR

YAP-ın 20 illik yubileyi “Buta Palace” sarayında keçiriləcək - TƏDBİR

8 Noyabr 2012, 13:28


Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illik yubiley tədbiri noyabrın 16-da “Buta Palace” sarayında keçiriləcək. Bu barədə Modern.az saytına daxil olan məlumata görə, hakim partiyanın yubiley tədbirində ölkənin aparıcı ictimai-siyasi, mədəniyyət xadimləri ilə yanaşı, xarici qonaqların da iştirak edəcəyi gözlənilir. YAP-ın təsis gününə Azərbaycanın müxalifət nümayəndələrinin isə dəvət olunub-olunmayacağı sual altındadır.

Modern.az-ın əməkdaşı YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla əlaqə saxlayaraq, məsələ ilə bağlı məlumat almağa çalışıb. Deputat partiyann yubileyi ilə bağlı hələlik danışmaq istəmədiyini deyərək, yaxın günlərdə açıqlama veriləcəyini bildirib.
Partiyanın digər funksioneri Mübariz Qurbanlı da Modern.az saytına açlıqlamasında yubileylə bağlı hazırlıqların getdiyini bildirib, amma müxalifət nümayəndələrinin təbdirə dəvət olunması haqda hələlik qərar verilmədiyini açıqlayıb.

Hakim Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də keçirilib. Partiya 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev seçilib. Hakim Partiyanın hazırki sədri ölkə başçısı İlham Əliyevdir.

Anar RÜSTƏMOV
 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi