Modern.az

Mançester Universitetində “erməni soyqırımı”nı qəbul etdirmək cəhdi - azərbaycanlı tələbələrdən etiraz

Mançester Universitetində “erməni soyqırımı”nı qəbul etdirmək cəhdi - azərbaycanlı tələbələrdən etiraz

8 Noyabr 2012, 15:16

Qondarma “erməni soyqırımı”nın tanınması üçün Mançester Universitetinə müraciət edilib. Modern.az-a bu haqda universitetdə oxuyan azərbaycanlı tələbələr məlumat veriblər. Onların sözlərinə görə, ermənilər universitetin tələbə həmkarlarına soyqırımın tanıdılması ilə bağlı müraciət ünvanlayıblar. Erməni tələbələr bununla bağlı universitetin rəsmi səhifəsində məlumat yerləşdirmələrini və mütəmadi olaraq universitetdə tədbirlər keçirilməsini istəyiblər. Məsələylə bağlı, bu axşam erməni və türk tələbələri arasında debat keçiriləcək.

“Əgər türkiyəli tələbələr lazımı cavabları versələr və faktlarla sübut etsələr, universitetdə qondarma soyqırımı məsələsinə də son qoyulacaq”, – deyə azərbaycanlı tələbələr bildiriblər.

Sevinc İltifatqızı  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi