Modern.az

Rafael Cəbrayılov: «İsa Qəmbər hüquq elmindən kilometrlərlə uzaq adamdır»

Rafael Cəbrayılov: «İsa Qəmbər hüquq elmindən kilometrlərlə uzaq adamdır»

8 Noyabr 2012, 15:56

Deputat Müsavat başqanına cavab verdi

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, eləcə də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər siyasi arenada geniş müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklərə münasibət birmənalı deyil. İcazəsiz aksiyalara görə cərimələrin bir neçə dəfə artırılaraq çox yüksək həddə çatdırılması müxalifətdə də ciddi narazılıq doğurub.
Müsavat başqanı İsa Qəmbər qanuna edilən dəyişiklikləri Azərbaycan xalqının maraqlarına zidd addım kimi dəyərləndirib və layihənin müəllifi olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovu hətta bir deputat kimi tanımadığını bildirib.
Modern.az məsələ ilə bağlı deputat Rafael Cəbrayılovun mövqeyini öyrənib.

Deputat deyib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin onu tanımamasından heç də təəccüblənməyib:
“Amma ondan fərqli olaraq, siyasətdə olan bir adam kimi mənim Azərbaycan tarixindəki qara ləkələri tanımamağım düzgün olmazdı. Bütün fəaliyyəti məzmunca qaradan ibarət olan, qaraguruhçu İsa Qəmbəri mən tanıyıram. Onun fəaliyyəti özü kimilərilə birlikdə Azərbaycan xalqına və dövlətinin yaxın keçmiş tarixində olan qara bir ləkədir”.

İsa Qəmbərin sərbəst toplaşmaq azadlığı ilə bağlı qanuna edilən dəyişikliyə münasibətinə gəlincə, R.Cəbrayılov deyib ki, onun hazırladığı layihə Azərbaycan parlamenti tərəfindən qəbul olunan hüquqi bir sənəddir.

“İsa Qəmbərin bu sənədi anlamamasını təbii qarşılayıram. Çünki bu şəxs hüquq elmindən kilometrlərlə uzaq bir adamdır. Hüquqdan nə isə anlasaydı, mən onunla istənilən vaxt hüquqi diskusiyaya hazıram».  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi