Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev bır sıra tanınmış şəxsləri adam oğurluğu ilə bağlı faktların açılmasına əngəl yaratmaqda ittiham edib.
Modern.az-a eksklüziv açıqlamasında E.Abdullayev KİV-də onun barəsində gedən yazıları “sifarişli” adlandırıb.
“Bizə sifarişli yazılar lazım deyil. Bu gün hamı düz, qərəzsiz yazıya ehtiyac duyur və yalnız belə yazıları oxuyur. Həqiqi jurnalistə, qələmini satmayan jurnalistə, ağır vəziyyətdə vətəndaşının yanında olan jurnalistə ehtiyac var”-deyən eks-rektor "belə jurnalistlər qarşısında baş əyirəm” söyləyib.
Daha sonra o, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilini, fəaliyyəti dayanmış “İdeal” qəzetinin hazırda həbsdə olan baş redaktoru Nazim Quliyevi, “Femida” qəzetinin baş redaktou Əyyub Kərimovu və MTN-in keçmiş əməkdaşı, Fransada siyasi sığınacaq almış polkovnik Ramin Nağıyevi mütəşəkkil cinayətkar dəstənin əməllərini gizlətməkdə və sifarişlə işləməkdə ittiham edib.
Gültəkin Ələsgər