Prezident İlham Əliyev Gəncə Dövlət Universitetinin rektorunun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısınını sərəncamı ilə Elman İdris oğlu Məmmədov Gəncə Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Elman Məmmədov 25 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru təyin olunub.
Modern.az