Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində bir neçə partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.
Hadisə nəticəsində ən azı 3 nəfər həlak, 20-yə yaxın insan yaralanıb. Agentlik qeyd edir ki, ölənlər arasında “Taliban” hərəkatının üzvləri də var.
Patlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib. Cəlalabad şəhəri İŞİD terror təşkilatının fəaliyyət göstərdiyi Nanqarhar vilayətinin mərkəzidir.
Akif İsmayılov