Modern.az

Bu ölkədə marixuana ilə bağlı referendum keçiriləcək

Bu ölkədə marixuana ilə bağlı referendum keçiriləcək

18 Sentyabr 2021, 22:45

İtaliyada bir qrup şəxs marixuana istifadəsinin leqallaşdırılması ilə bağlı referendum keçirmək üçün kifayət qədər imza toplayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

Agentlik yazır ki, onlar bu mövzuda gələn ilin əvvəlində ümumxalq səsverməsi keçirilməsi üçün zəmin hazırladıqlarını elan ediblər.

 

Təklif şəxsi istifadə üçün yüngül narkotik tərkibli maddələrin qanuniləşdirilməsini və bununla əlaqəli cinayətlərə qarşı sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

 

Petisiyanın təşkilatçıları 7 gün ərzində 500.000 imza toplayıblar.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama