Modern.az

Somalidə hava limanı partladıldı

Somalidə hava limanı partladıldı

19 Sentyabr 2021, 16:25

"Əl-Şəbab" radikal qruplaşmasının silahlıları Somalinin Hiran əyalətində hava limanını dağıdıb.

 

Modern.az "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.

 

Qeyd edək ki, Somalidə yerləşən "Əl-Şabab" radikal qruplaşması Somalinin mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.

ABŞ "Əl-Şəbab" qruplaşmasının mövqelərinə mütəmadi zərbələr endirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama