Modern.az

UNEC ilə AQTİ arasında anlaşma memorandumu imzalandı

UNEC ilə AQTİ arasında anlaşma memorandumu imzalandı

Aktual

20 Sentyabr 2021, 17:46

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında Anlaşma Memorandumu imzalanıb.

 

AQTİ-dən Modern.az-a bildirilib ki, Memorandumda elmi-tədqiqat işlərinin, müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, həmçinin yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması, tələbə və mütəxəssislərin İnstitutda aparılan elmi-tədqiqat işləri və tədqiqat laboratoriyaları ilə tanış edilməsinin təşkili və digər istiqamətlərdə uzunmüddətli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

 

Əməkdaşlıq çərçivəsində Universitetin bakalavr, magistr və doktorantura tələbələri AQTİ-nin elmi-tədqiqat işləri, təcrübə və könüllülük proqramlarına cəlb olunacaq.

 

Anlaşma Memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və ikitərəfli əməkdaşlığı gücləndirməkdir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi