Modern.az

Ramil Usubov polkovniki işdən çıxarıb

Ramil Usubov polkovniki işdən çıxarıb

10 Noyabr 2012, 14:12

Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi tutduğu vəzifədən azad edilib.

DIN mətbuat xidmətindən verilən məlumata görə, polis polkovniki Əli İbrahimov ailə vəziyyəti ilə əlaqədar daxili işlər naziri Ramil Usubova raportla müraciət edərək, tutduğu vəzifədən azad olunmasını xahiş edib.

Nazir Ramil Usubovun əmri ilə o, tutduğu vəzifədən azad edilərək, sərəncama göndərilib.

Hələlik Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbə yeni rəis təyin olunmayıb. Rəisin səlahiyyətlərini müvəqqəti olaraq rəis müavini icra edir.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov polkovnik Əli İbrahimovun rüşvətxorluq faktına görə işdən çıxarıldığı barədə yayılan xəbərləri təkzib edib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi