Modern.az

Prezident icazəsiz mitinqlərin cəriməsini təsdiqlədi

Prezident icazəsiz mitinqlərin cəriməsini təsdiqlədi

10 Noyabr 2012, 18:03

Prezident İlham Əliyev “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Milli Məclisin noyabrın 2-də keçirilən iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, həmçinin İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər qəbul edilib.

Bu dəyişikliyə görə, icazəsiz aksiyalar keçirənlər barədə cərimələr dəfələrlə artırılaraq çox yüksək həddə çatdırılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi